Bank Of Baku

Moskva vilayətində Dağlıq Qarabağda həlak olan şəhidlərin xatirəsi anılıb

Moskva vilayətində Dağlıq Qarabağda həlak olan şəhidlərin xatirəsi anılıb
# 13 aprel 2016 00:41 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva vilayətinin Korolyov şəhərində Azərbaycan diasporu adından Dağlıq Qarabağda baş verən son hərbi əməliyyatlarda həlak olan şəhidlərin xatirəsinə ehsan verilib. APA-nın məlumatına görə, şəhidlərin anım mərasimi Korolyovo şəhərinin Azərbaycanlı Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib.

Anım mərasimində Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Birinci Qarabağ müharibəsinin iştirakçıları olmuş veteranlar iştirak ediblər.

 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dualar oxunub.

 

Mərasimdə çıxış edən Birinci Qarabağ müharibəsinin veteranı Fəxrəddin Üsubov bildirib ki, son döyüşlərdə həlak olan oğullarımız öz qəhrəmanlıqları ilə Azərbaycan xalqının şanlı tarixində yeni səhifə açmış oldular: "Azərbaycan öz qəhrəmanları ilə qürur duyur və onların xatirəsi əbədi olaraq könüllərdə yaşayacaq". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR