Bank Of Baku

Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb

Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb
# 16 iyun 2018 03:20 (UTC +04:00)

Nikaraquada apreldən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Nikaraqua insan haqları Assosiasiyasının” nümayəndəsi Alvaro Leyva bildirib.

 

Onun sözlərinə görə, iyunun 14-də müxalifətin keçirdiyi ümummilli tətil zamanı Naqorote, Masatepe və Tipitapa şəhərlərində ölümlə nəticələnən toqquşmalar qeydə alınıb.

 

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər.  Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR