Venesuela prezidenti, Vahid Sosialist partiyasının sədri Nikolas Maduro ikinci müddətə prezidentliyə namizədliyini irəli sürdüyünü bildirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Rabitə və informasiya nazirliyindən bildirilib.
“Mən fəhlə sinfinin namizədi qismində namizədliyimi irəli sürürəm”, deyə N.Maduro bəyan edib. Yanvarın 23-də Venesuelanın Konstitusiya Assambleyası ölkədə növbəti prezident seçkilərinin aprelin 30-da gec olmayaraq keçirilməsinə dair qərar qəbul edib.
Qeyd edək ki, Uqo Çavesin hökumətində vitse-prezident olan N.Maduro 2013-cü ilin aprelində prezident seçilib.