Bank Of Baku

Nyu-Yorkda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Nyu-Yorkda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
# 07 oktyabr 2017 01:48 (UTC +04:00)

ABŞ polisi Nyu-Yorkda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfəri saxlayıb.

 

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

 

Məlumata görə, əhalinin sıx olduğu və gediş-gəlişli ərazilərdə hücumlar planlaşdıran şəxslər ötən ilin yayında saxlanılsalar da, istintaq sirri olduğu üçün bu barədə məlumat verilməyib.

 

Saxlanılanların adları açıqlanıb. Bunlar 19 yaşlı Kanada vətəndaşı Əbdürrəhman əl-Bəhnəsavi, 19 yaşlı ABŞ vətəndaşı Təlha Xarun və 37 yaşlı Filippin vətəndaşı Rassel Salikdir. NBC-nin məlumatına əsasən, saxlanılanların hər üçünə ömürlük həbs cəzası verilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR