Bakı-APA. Nyu-Yorkda uşaq meydançasında atışma olub.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 17:00 radələrində, şəhərin İst Fletbuş bölgəsində qeydə alınıb.
Zərərçəkənlərin sayı barədə müxtəlif məlumat verilir. Yerli KİV-lər azı 2 nəfərin, polis mənbələri 5 nəfərin yaralandığını bildirir. Xilasedici xidmətdən verilən məlumata görə isə insident nəticəsində 6 nəfər “Kings County” hospitalına yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən hələ ki, şərh verilməyib.