Bank Of Baku

Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, 4 nəfər yaralanıb - YENİLƏNİB-1 - PARTLAYIŞ ANI

Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, 4 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">PARTLAYIŞ ANI
# 11 dekabr 2017 15:24 (UTC +04:00)

Nyu-Yorkda partlayış nəticəsində xəsarət alanların sayı 4 nəfərə çatıb.

 

APA-nın “The Telegraph”-a istinadən verdiyi xəbərə görə, partlayışı törədən şəxs 27 yaşlı Banqladeş vətəndaşı olub. O 7 ildir, ABŞ-da yaşayırmış.

 

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi təxmin edilir.

 

 

***

 

17.44

 

Nyu-Yorkda, Manhettendəki avtobus terminalında partlayış baş verib.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Nyu-York polisi terminaldakı A, C və E xətlərindən insanları təxliyyə edib. Bəzi mənbələrə əsasən əldədüzəltmə bombanın partlaması nəticəsində 1 nəfər yaralanıb. Şahidlər həmin ərazidə 2 dəfə partlayış səsinin eşidildiyini bildiriblər. 


 
Hadisə ilə bağlı bir nəfərin saxlandığı deyilir. 

 

Saat: 17:14

 

***

 

ABŞ-ın Nyu-York şəhərində, Manhettendə partlayış baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Nyu-York polisi öz “Twitter” səhifəsində qeyd edib.

 

Hadisənin avtobus dayanacağında baş verdiyi bildirilir. Başqa detallar barədə hələlik heç bir məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR