Bank Of Baku

Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"

Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"
# 11 dekabr 2017 16:13 (UTC +04:00)


“Nyu-Yorkda avtobus terminalında baş vermiş partlayış terrorla əlaqəlidir”.


APA-nın NBC-yə istinadən verdiyi xəbərə görə, bunu Nyu-York meri Bill de Blasio jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, hadisəni törədən 27 yaşlı Akayed Ullah olub. Banqladeş əsilli A. Ullah Bruklində yaşayırmış.

 

“Bu, uğursuz terror cəhdidir. Onların bizi narahat etməsinə icazə verməyəcəyik. Bu, onların yeganə məqsədidir”, - deyə mer əlavə edib.

 

Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir.

 

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR