Bank Of Baku

Obama: “Prezidentlik əyləncə deyil”

Obama: “Prezidentlik əyləncə deyil”
# 06 may 2016 21:56 (UTC +04:00)

Bakı-APA. ABŞ seçiciləri prezident postuna namizəd Donald Trampa dəstək verməkdən əvvəl yaxşı götür-qoy etməlidirlər.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə çıxış edərkən deyib.

 

“Dövlət başçısının üzərinə böyük məsuliyyət düşür. Prezident vəzifəsi əyləncə, realiti-şou deyil”, deyə B.Obama vurğulayıb. O, həmçinin ABŞ xalqının seçkilərdə ən layiqli namizədə səs verəcəyinə ümid etdiyini ifadə edib.

 

Mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Trampın son rəqibi  Con Keysik seçki kampaniyasını dayandırıb. Beləliklə, Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.    

 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR