Bakı – APA. ABŞ prezidenti Barak Obama İstanbul beynəlxalq hava limanında baş vermiş terror aktını pisləyib.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyə xalqına başsağlığı verib.
ABŞ prezidenti Türkiyəyə istintaqın aparılması işində köməyini də təklif edib.