Bank Of Baku

Pentaqon: İŞİD sıralarında əcnəbilərin sayı bir ildə 10 dəfə azalıb

Pentaqon: İŞİD sıralarında əcnəbilərin sayı bir ildə 10 dəfə azalıb
# 26 aprel 2016 19:28 (UTC +04:00)

Bakı-APA.  İŞİD terror qruplaşmasının sıralarına qoşulan əcnəbilərin sayı son bir ildə 10 dəfə azalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  İŞİD-ə qarşı əməliyyatlar üzrə komandan müavini general-mayor Piter Gersten deyib.

 

Onun sözlərinə görə, ABŞ-ın  hesablamalarına əsasən,  ötən il İŞİD sıralarında ayda 1500-2000 əcnəbi qatılırdı: “Hazırda bu rəqəm orta hesabla 200 nəfər təşkil edir”.  

 

“İŞİD sıralarında fərarilik halları artır, onların döyüş ruhu sarsılıb. Onlar döyüşçülərinə haqlarını   ödəyə bilmirlər, onlar artıq əvvəlki kimi savaşa bilmirlər”, - deyə general qeyd edib.   

 

Qeyd edək ki, ABŞ və onun müttəfiqləri 2014-cü ildə İŞİD-ə qarşı əməliyyat aparır. Pentaqonun son hesablamalarına görə, İŞİD sıralarında 25-30 min silahlı döyüşür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR