Bank Of Baku

Pentaqon İraq, Əfqanıstan və Suriyada yerləşdirilən hərbçilərin sayını açıqlayıb

Pentaqon İraq, Əfqanıstan və Suriyada yerləşdirilən hərbçilərin sayını açıqlayıb
# 28 noyabr 2017 02:46 (UTC +04:00)

Hazırda İraq, Əfqanıstan və Suriya ərazisində ABŞ əsgərlərinin sayı 26 minə yaxındır.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ müdafiə nazirliyinin hesabatında bildirilir.

 

Sentyabrın 30-a olan məlumata əsasən, İraqda 8 892, Suriyada 1 720, Əfqanıstanda isə 15 298 əsgərin olduğu göstərilir.  Rəqəmlər nazirliyin hər rüb apardığı hesabat çərçivəsində açıqlanıb. 

 

Dünya üzrə ABŞ-ın ən iri hərbi kontingenti Yaponiya (45 minə yaxın əsgər), Almaniya (36 min) və Cənubi Koreyada (25 minə yaxın) yerləşdirilib. Ümumilikdə xarici ölkələrdə yerləşdirilən ABŞ hərbçilərinin sayı 257, 3 min nəfər təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR