Bank Of Baku

Pentaqon rəhbəri: "NATO Rusiya ilə əməkdaşlığa hazırdır"

Pentaqon rəhbəri: "NATO Rusiya ilə əməkdaşlığa hazırdır"
# 03 may 2016 15:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “NATO Rusiya ilə əməkdaşlıq etməyə və beynəlxalq təhlükəsizlik məsələlərində qarşılıqlı fəaliyyətə hazırdır”.

 

APA-nın “Vedomosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Almaniyada səfərdə olarkən deyib.

 

Əməkdaşlığın Rusiyadan asılı olduğunu deyən Pentaqon rəhbəri bildirib ki, Moskva qarşılıqlı fəaliyyətdə maraqlıdırsa, güc nümayiş etdirməməlidir: “Bununla bağlı qərar Kremldə verilməlidir. Biz Rusiya ilə “soyuq müharibə” arzulamırıq, Rusiyanı özümüzə düşmən görmək istəmirik ”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR