Bank Of Baku

Peru sahillərində 5,4 maqnitudalı zəlzələ olub

Peru sahillərində 5,4 maqnitudalı zəlzələ olub
# 11 fevral 2018 06:09 (UTC +04:00)

Sakit okeanda Peru sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

 

Yerli vaxtla şənbə günü gecə saat 23.11 (Bakı vaxtı ilə saat 08.11) radələrində baş verən zəlzələnin ocağı Akari yaşayış məntəqəsindən 144 km cənub-şərqdə 10 km dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat, o cümlədən sunami təhlükəsi barədə məlumat daxil olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR