Peruda avtobusun uçuruma düşməsi nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin nəqliyyat nazirliyinin nümayəndəsi Paul Konça bildirib.
Onun sözlərinə görə, qəza nəticəsində 10 nəfər ağır xəsarət alıb.
Qeyd edək ki, fevralın 21-də Perunun Arekipa bölgəsində sərnişin avtobusu idarəetmədən çıxıb və 200 metrlik uçuruma düşüb.
***
20:27
Peruda avtobusun uçuruma düşməsi nəticəsində ölənlərin sayı 35-ə çatıb, 20 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Peru DİN-n məlumatında bildirilir.
İlkin məlumata əsasən, avtobus idarəetmədən çıxıb və 200 metrlik uçuruma düşüb.
Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.