Bank Of Baku

Peruda baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Peruda baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb
# 15 avqust 2016 22:10 (UTC +04:00)

Bakı-APA. Peruda baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, daha 50 nəfər xəsarət alıb, 150-dək ev dağılıb.

 

Məlumata əsasən, təbii fəlakət zamanı iki qadın, bir uşaq və bir ABŞ turist həyatını itirib. Ölənlərin sayının artması istisna olunmur.

 

Qeyd edək ki, avqustun 15-ə keçən gecə Perunun cənubunda 5,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Areçipa şəhərindən 88 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR