Perunun cənub bölgəsində ağır yol qəzası baş verib.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, hadisə Arekipa departamentində qeydə alınıb.
Şəhərlərarası sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində azı 7 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
Qəzanın səbəbləri araşdırılır.