Bank Of Baku

Polis: Nyu-Yorkda baş verən partlayış terror aktı olmayıb

Polis: Nyu-Yorkda baş verən partlayış terror aktı olmayıb
# 04 iyul 2016 00:23 (UTC +04:00)

Bakı-APA. İyulun 3-də Nyu-Yorkda törədilən partlayışın beynəlxalq terrorizmlə əlaqəsi yoxdur.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-York polisinin nümayəndəsi bildirib.

 

“Baş vermiş insidenti terror aktı hesab etməyə əsas yoxdur”, deyə polis rəsmisi qeyd edib.

 

Bununla belə, polis nümayəndəsi hadisə ilə əlaqədar digər detallara heç bir şərh verməyib.

 

CNN telekanalı öz mənbələrinə istinadən xəbər verib ki, Nyu-Yorkun Mərkəzi parkında əldəqayırma partlayıcı qurğu işə düşüb.

 

Hadisə nəticəsində hələ ki, adı açıqlanmayan gənc ağır xəsarət alıb. Onun ayağının amputasiya edildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR