Sakit okeanda ABŞ-ın Quam adası yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Merizo yaşayış məntəqəsindən 140 km cənub-qərbdə, ocağı isə 14 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.