Bank Of Baku

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Türkiyə-Suriya sərhədini tam bağlamağı təklif edib

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Türkiyə-Suriya sərhədini tam bağlamağı təklif edib
# 15 aprel 2016 04:54 (UTC +04:00)

Bakı-APA.  Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Türkiyə-Suriya sərhədinin tamamilə bağlanmasının zəruri olduğunu bildirib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu  barədə Çurkin BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə mövzusuna həsr olunmuş iclasında çıxışı zamanı bildirib.   

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi çıxışında İŞİD-in nəzarətində olan ərazilərdən neft məhsullarının, mədəni-tarixi irsə aid qədim əşyaların və digər malların bir qisminin Türkiyə ərazisindən keçirilərək satışa çıxarıldığını iddia edərək, Türkiyə-Suriya sərhədinin antiterror məqsədlərlə tam bağlanması məsələsinin aktual olduğunu bildirib.  

 

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın baş katibi Türkiyə-Suriya sərhədinin bağlanması məsələsini müzakirə ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR