Bank Of Baku

San-Fransiskoda bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb

San-Fransiskoda bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb
# 11 oktyabr 2017 22:15 (UTC +04:00)

ABŞ-ın San-Fransisko şəhərində bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

 

“ABŞ tərəfinə bizim San-Fransiskodakı diplomatik əmlakımızın üzərindən Rusiya bayraqlarının çıxarılması ilə əlaqədar qətiyyətli etiraz göndərilib”, səfirliyin “Feysbuk” səhifəsindəki məlumatında deyilir. 

 

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən San-Fransiskodakı Rusiya Baş Konsulluğunun obyektləri bağlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR