Bank Of Baku

Sanders Trampa qarşı Klintonla birgə mübarizə aparmağı planlaşdırır

Sanders Trampa qarşı Klintonla birgə mübarizə aparmağı planlaşdırır
# 09 iyun 2016 19:05 (UTC +04:00)

Bakı-APA. ABŞ-da prezident seçkilərinə namizədliyi Demokratlar partiyasından irəli sürülən Berni Sanders rəqibi Hillari Klintonla görüş keçirməyi planlaşdırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşün məqsədi Respublikaçılar partiyasından namizəd Donald Trampla mübarizədə birgə addım atmağı müzakirə etməkdir. 

 

“Donald Trampın prezident olmayacağından əmin olmaq üçün mən əlimdən gələni etmək niyyətindəyəm”, - deyə Sanders bildirib.  

 

Qeyd edək ki,  Hillari Klinton Demokrat partiyasından, Donald Tramp isə Respublikaçılar partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR