Bank Of Baku

Texasda yol qəzasında 8 nəfər ölüb, 44 nəfər yaralanıb

Texasda yol qəzasında 8 nəfər ölüb, 44 nəfər yaralanıb
# 15 may 2016 02:56 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər ölüb, onlarla insan xəsarət alıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  Rio-Qrande vadisindən İql-Pass şəhərinə gedən avtobus yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və aşaraq, bir neçə dəfə çevrilib. Qəza nəticəsində 7 nəfər hadisə yerində ölüb, daha 1 nəfər xəstəxanada keçinib. Ümumilikdə, 44 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.     

 

Qəza Meksika sərhədindən 12,9 km aralıda baş verib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR