Bank Of Baku

Texasda atışmada ölən və yaralananlardan azı 12 nəfəri uşaqdır

Texasda atışmada ölən və yaralananlardan azı 12 nəfəri uşaqdır
# 06 noyabr 2017 20:34 (UTC +04:00)

Texasda atışma nəticəsində ölən və yaralananlardan 12-14 nəfəri uşaqdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis rəisi Co Tekitt bildirib.    

 

Son məlumata görə, silahlı şəxsin ötən gün San-Antonio şəhəri yaxınlığında yerləşən kilsədə atəş açması nəticəsində 26 nəfər ölüb, 20-dək insan yaralanıb.

 

Ölən uşaqların dəqiq sayı açıqlanmır. Məlumata görə, ölən şəxslər 5-72 yaşlarında olub.

 

Qeyd edək ki, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun hadisədən sonra intihar etdiyi bildirilir. D.Kelli 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olub, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edilib.  

 

Hazırda cinayətin motivləri müəyyənləşdirilir.

 

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR