Bank Of Baku

Tillerson Bağdadın Kərküklə bağlı fəaliyyətini dəstəkləyib

Tillerson Bağdadın Kərküklə bağlı fəaliyyətini dəstəkləyib
# 18 oktyabr 2017 16:02 (UTC +04:00)

ABŞ dövlət katibi Reks Tillerson İraqın baş naziri Heydər əl-Abadi ilə söhbət zamanı İraqın ərazi bütövlüyünü və Bağdadın hakimiyyətin legitimliyini bərpa etmək istiqamətində fəaliyyətini dəstəklədiyini bəyan edib. 

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq baş nazirinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, ABŞ dövlət katibi İraqın Kürdüstan bölgəsində keçirilmiş referendumu dəstəkləmir: “Həmçinin o, İraqın ərazi bütövlüyünü, federal hökumətin qarşıdurmadan çəkinmə və qanunun aliliyini bərpa etmə istiqamətində atdığı addımları dəstəklədiyini bəyan edib”.

 

Söhbət zamanı Əl-Abadi bildirib ki, Kərkükdəki fəaliyyət konstitusion və qanunu xarakter daşıyır, ölkənin parçalanmasının qarşısını almağa xidmət edir. 

 

Xatırladaq ki, rəsmi Bağdad Kərkük şəhərində nəzarətin bərpa olunması istiqamətində əməliyyat keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR