Bank Of Baku

Tramp-Putin görüşü iyulda baş tuta bilər

Tramp-Putin görüşü iyulda baş tuta bilər
# 22 iyun 2018 04:22 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp iyulda rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini bildirib. APA-nın xəbərinə görə, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.  

 

“İyulda Putinlə görüşmək imkanını nəzərdən keçirirəm”, - deyə Tramp qeyd edib.  

 

D.Tramp bundan əvvəl dəfələrlə Rusiya prezidenti ilə görüşmək niyyətində olduğunu bildirib.  

 

ABŞ prezidenti “Fox News” telekanalının efirində tezliklə rusiyalı həmkarı ilə görüşəcəyini bildirib.   

 

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov RF-ABŞ liderlərinin mümkün görüşünə dair hələlik razılıq əldə olunmadığını bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR