ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya Suriya və İraqın demək olar ki, bütün ərazisini İŞİD-dən azad edib.
APA-nın “CBS News”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Hazırda koalisiya terrorçuların nəzarəti altında olan demək olar ki, bütün ərazisini azad edib. Biz 100%-ə yaxınıq və bu ölkələr terrorçulardan tam təmizlənəcək”, deyə D.Tramp vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl koalisiya İraq və Suriyada üç İŞİD liderinin məhvi barədə məlumat yayıb.