Bank Of Baku

Donald Tramp: “Seçiləcəyim təqdirdə, ABŞ iqlimlə bağlı Paris razılaşmasından imtina edəcək”

Donald Tramp: “Seçiləcəyim təqdirdə, ABŞ iqlimlə bağlı Paris razılaşmasından imtina edəcək”
# 27 may 2016 15:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Respublikaçıların prezidentliyinə namizədi Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə, apreldə Vaşinqton tərəfindən imzalanmış İqlim dəyişikliyinə qarşı mübarizə üzrə beynəlxalq sazişi ləğv edəcəyini bildirib.

 

APA-nın “ng.ru”  saytına istinadən verdiyi xəbərə görə, D. Tramp sazişin faktiki olaraq birtərəfli olduğunu və ABŞ-a sərf etmədiyini deyib.

 

Onun sözlərinə görə, atmosferə ən çox istixana qazı buraxan ölkə olan Çin sənədlərdə nəzərdə tutulmuş öhdəliklərini icra etmir. “Biz İqlimlə bağlı Paris razılaşmasından imtina etmək niyyətindəyik” ,-deyə Tramp bildirib.

 

D. Trampın sözlərinə görə, o seçiləcəyi təqdirdə, ətraf mühitə zərər səbəbindən Obama adminstrasiyası tərəfindən dayandırılmış Keyston XL neft borusunun tikintisini dəstəkləyəcək.

 

Qeyd edək ki, İqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı razılaşma BMT-nin Nyu Yorkdakı qərargahında imzalanıb. Razılaşmanı ABŞ, Rusiya və Çin də daxil olmaqla, 170 ölkənin nümayəndəsi imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR