Şimali Koreya məsələsi lazımi qaydada həll olunacaq”.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərkən bəyan edib.
O həmçinin İŞİD silahlılarının Suriya və İraqdan sıxışdırılıb çıxarıldığını bildirib.
“Bu çox gözəl xəbərdir. Pis xəbər isə onların digər ərazilərə keçmələridir”, deyə D.Tramp qeyd edib.