“Koreya yarımadasında baş verənlərdən qürur duyuram”.
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət başçısı Donald Tramp Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşünə münasibət bildirərkən deyib.
“Koreya müharibəsi bitdi! ABŞ və bütün xalqı hazırda Koreyada olanlarla çox fəxr hiss edir”, -deyə Tramp bidlirib.
Qeyd edək ki, Şimali və Cənubi Koreya liderləri “Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi” imzalayıblar.
Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır və Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayacağına dair söz veriblər.