Bank Of Baku

Tramp: "NATO ölkələri ÜDM-in 4 faizini müdafiəyə xərcləməlidir"

Tramp: "NATO ölkələri ÜDM-in 4 faizini müdafiəyə xərcləməlidir"
# 18 may 2018 03:57 (UTC +04:00)

"NATO ölkələri ÜDM-in 2 yox, 4 faizini müdafiə xərclərinə yönəltməlidir".  

 

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

 

“Daha çox çalışmalıyıq. Biz hələ də 20 ölkənin müdafiə xərclərini 2 faizə çatdırmasını gözləyirik. Amma 2 faiz çox azdır, bu göstərici əslində 4 faiz olmalıdır”, - deyə D.Tramp  qeyd edib.

 

Yens Stoltenberq isə bu məsələdə liderlik etdiyinə görə ABŞ-a minnətdarlıq bildirib.

 

Qeyd edək ki, NATO büdcəsinin böyük hissəsini ABŞ təmin edir.

 

D.Tramp dəfələrlə alyansı tənqid edərək, müttəfiqlərdən üzvlük haqqını artırmağı tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR