Bank Of Baku

Tramp Krımı Rusiyanın tərkib hissəsi kimi tanıya bilər

Tramp Krımı Rusiyanın tərkib hissəsi kimi tanıya bilər
# 31 iyul 2016 16:07 (UTC +04:00)

Bakı-APA.  ABŞ-da respublikaçıların prezidentliyə namizədi milyarder Donald Tramp Krım əhalisinin Rusiya lehinə seçim etdiyini və ABŞ-ın bunu nəzərə almalı olduğunu bəyan edib.

 

APA-nın məlumatına görə, D. Tramp ABC telekanalına müsahibəsində deyib ki, Krımı Rusiyanın tərkib hissəsi kimi tanımaq imkanını nəzərdən keçirəcək.

 

Milyarder qeyd edib ki, Krım əhalisi əvvəllər yaşadıqları Rusiya ilə birgə olmağa üstünlük verib: “Ukraynaya gəlincə, orada özbaşınalıq hökm sürür. Bu, ABŞ-da hakimiyyətdə olan Barak Obama administrasiyanın NATO ilə sıx əlaqəsi olduğu dövrdə baş verir. Ukraynada baş verənlər NATO ilə bağlıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR