Bank Of Baku

Tramp Milli Antiterror Mərkəzinin direktoru vəzifəsinə namizəd irəli sürüb

Tramp Milli Antiterror Mərkəzinin direktoru vəzifəsinə namizəd irəli sürüb
# 26 iyun 2018 01:10 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Milli Antiterror Mərkəzinin direktoru postuna Cozef Maquayrın  namizədliyini irəli sürüb.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir. 66 yaşlı C. Maquayrın  namizədliyini Senat təsdiq etməlidir.

 

Hazırda sabiq ABŞ Hərbi-Dəniz Qüvvələrinin vitse-admiralı Cozef Maquayr  “Special Operations Warrior Foundation” qeyri-hökumət təşkilatına rəhbərlik edir. Təşkilat xüsusi əməliyyatlar zamanı həlak olan ABŞ əsgərlərinin uşaqlarına yardım edir.

 

C.Maquayr Milli Antiterror Mərkəzinin direktoru postunda 2014-cü ildən quruma rəhbərlik edən və bu yaxınlarda vəzifəsini tərk edən Nikolas Rasmusseni əvəzləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR