Bank Of Baku

Tramp neftin baha olmasından şikayətlənib

Tramp neftin baha olmasından şikayətlənib
# 13 iyun 2018 17:13 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp neftin qiymətindən narazı olduğunu bəyan edib.

 

APA-nın xəbərinə görə, bu barədə D. Tramp şəxsi “Twitter” səhifəsində yazıb. “Neftin qiyməti çox yüksəkdir. OPEC yenə eyni işi görür. Bu, yaxşı deyil”, - deyə o, bildirib.

 

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar və ya 0,53% azalaraq 66,01 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,25 dollar və ya 0,33% azalaraq 76,63 dollar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR