Bakı-APA. ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp vitse-prezident postuna namizədinin adını iyulun 15-də açıqlayacağını bildirib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Tramp vitse-prezident postuna 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini bildirib. Bir həftə öncə isə o 9 namizədin olduğunu bildirmişdi
Hazırda Trampın potensial namizədləri arasında ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç, İndiana qubernatoru Mayk Pens, Nyu-Cersi qubernatoru Kris Kristi və ABŞ ordusunun istefada olan general-leytenantı Maykl Flinin adı hallanır.