Bank Of Baku

Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılışında iştirak edəcəyini istisna etməyib

Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılışında iştirak edəcəyini istisna etməyib
# 27 aprel 2018 23:08 (UTC +04:00)

Prezident Donald Tramp Vaşinqtonda Almaniya kansleri Angela Merkel ilə keçirdiyi birgə mətbuat konfransında bir daha Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak edə biləcəyini söyləyib.

 

APA-nın məlumatına görə, bu barədə RT xəbər verib.

 

“Gedə bilərəm və bununla qürur duyuram. Uzun illərdir ki, bir çox prezidentlər Yerusəlimdə Amerika səfirliyinin açılmasına söz veriblər. Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmayıb. Mən bunu etdim. Hazırda səfirliyin açılması üçün hazırlıq işləri aparılır”, deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, ötən il dekabrın 6-da Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Yerusəlimə köçürüləcəyini bəyan edib. Ərəb ölkələrinin liderləri ABŞ prezidentinin qərarını tənqid ediblər, Avropa İttifaqı isə qərarın Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR