Bank Of Baku

Trampın qərargah rəhbəri çirkli pulların yuyulmasında ittiham olunur - YENİLƏNİB

Trampın qərargah rəhbəri çirkli pulların yuyulmasında ittiham olunur - <span style="color: red;">YENİLƏNİB
# 30 oktyabr 2017 14:51 (UTC +04:00)

ABŞ-da Donald Trampın seçki qərargahının rəhbəri və müşaviri olmuş Pol Manafort və onun tərəfdaşı Rik Geytsə qarşı 12 maddə üzrə rəsmi ittiham elan olunub.

 

APA-nın xəbərinə görə, təhqiqatı aparan xüsusi prokuror Robert Müllerin ofisi ittihamların məzmunu barədə məlumat yayıb. İttihamlar arasında ABŞ-a qarşı gizli sövdələşmə, çirkli pulların yuyulması məqsədilə əlbir olma, qeydiyyat olmadan xarici agent kimi fəaliyyət göstərmə, xarici banklardakı vəsaitlər barədə hesabat təqdim etməmə kimi məsələlər var.

 

İttihamda deyilir ki, P. Manafort və R. Geyts Ukraynadakı fəaliyyətlərinə görə (Yanukoviçin prezidentliyi dövründə) on milyonlarla dollar pul alıblar. Onlar 2006-cı ildən azı 20016-cı ilə qədər ABŞ-dakı və xaricdəki onlarla hüquqi şəxs vasitəsilə pul “yuyaraq” əldə etdikləri vəsaitlərin həcmini ABŞ hakimiyyət orqanlarından gizlədiblər. Hər iki şəxsə aid ofşor hesablar vasitəsilə 75 milyon dollardan çox vəsait keçib, Manafort 18 milyon dolları “yuyub”.  

 

P. Manafort və R. Geyts Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviçin və onun Regionlar Partiyasının təlimatı ilə milyonlarla dollar qarşılığında ABŞ-da lobbiçilik fəaliyyəti aparıblar.
 

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi və Donald Trampın Rusiya ilə əlaqələrinə dair təhqiqat aparan Robert Müller Vaşinqtonda Böyük Jüri çağırıb. Böyük Jürinin formalaşdırılması R. Müllerə imkan verib ki, şahidləri məcburi çağırmaq, iş üzrə insanları məhkəmələrə dəvət etmək, dövlət orqanlarından təhqiqat üçün lazımi sənədləri tələb etmək imkanı qazansın. ABŞ qanunlarına uyğun olaraq Böyük Jüri rəsmi ittiham irəli sürməyin, işi məhkəməyə təqdim etməyin lazım olub-olmadığına qərar verir. Jüri R. Müllerin komandasının hazırladığı ilk ittihamları təsdiqləyib.

 

Onu da əlavə edək ki, R. Müller təhqiqat zamanı istintaqa birbaşa aidiyyəti olmayan məsələlərlə bağlı qanunsuzluq aşkarlayarsa, bu barədə də tədbir görmək səlahiyyətinə malikdir.  

 

***

 

Saat 17:21

 

ABŞ-da Donald Trampın seçki qərargahının Rusiya ilə əlaqələri və Moskvanın ölkədəki 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparan xüsusi prokuror Robert Müller tərəfindən konkret şəxslərə rəsmi ittihamların elan olunmasına başlanıb.  

 

APA-nın “The New York Times”a istinadən verdiyi xəbərə görə, D. Trampın seçki qərargahının ilk rəhbəri Pol Manafort Federal Təhqiqatlar Bürosuna (FBI) çağırılıb. Ona ittiham elan olunacağı bildirilir. Artıq P. Manafortun öz vəkili ilə birlikdə FBI-ın Vaşinqtondakı ofisinə getdiyi xəbər verilir.  

 

P. Manafortun sabiq biznes müşaviri Rik Geyts də FBI-a çağırılıb. Ona qarşı da ittiham irəli sürüləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR