Bank Of Baku

Venesuela prezidenti: "İstefaya dair referendum 2017-ci ildən tez keçirilməyəcək"

Venesuela prezidenti: "İstefaya dair referendum 2017-ci ildən tez keçirilməyəcək"
# 12 iyun 2016 05:44 (UTC +04:00)

Bakı-APA.  Venesuela prezidenti Nikolas Maduro özünün istefasına dair referendumun 2017-ci ildən tez keçirilməyəcəyini bildirib.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Maduronun 2016-cı ildə hakimiyyətdən kənarlaşdırılacağı təqdirdə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinə lüzum yaranacaq. Ölkə başçısının istefaya göndərilməsi 2017-ci ildə baş tutacaq, onun səlahiyyətlərini isə müvəqqəti olaraq baş nazir icra edəcək.

 

“Burada heç bir şantaj yoxdur. Əgər referendum üçün şərtlər icra ediləcəksə, onda o gələn il keçiriləcək.   Əgər şərtlər icra edilməyəcəksə, referendum da baş tutmayacaq, vəssalam”, - deyə Maduro qeyd edib.  

 

Bundan əvvəl Venesuela müxalifəti bildirib ki,  ölkənin  seçki orqanları Venesuela prezidenti Nikolas Maduronun istefasına dair referendumun keçirilməsini dəstəkləyən 1,3 milyon seçicinin imzasının həqiqi olduğunu etiraf edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR