Bank Of Baku

Venesuelada 4 ton kokain müsadirə edilib

Venesuelada 4 ton kokain müsadirə edilib
# 26 may 2016 05:36 (UTC +04:00)

Bakı-APA. Venesuelada polis 4 ton kokain müsadirə edib və 10 nəfər narkotik alverçisini saxlayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq əməliyyat ölkənin Taçira və Varqas ştatlarında həyata keçirilib.

 

Külli miqdarda narkotik maddənin Meksikanın “Los-Setas” narkokartelinə məxsus olduğu müəyyən edilib.

 

Qeyd edək ki, ilin əvvəlindən Venesuelada 24,4 ton müxtəlif narkotik maddə müsadirə edilib, 450-dək narkotik alverçisi saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR