Venesuelada dəhşətli yol qəzası baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Ansoateqi ştatında qeydə alınıb.
İkimərtəbəli sərnişin avtobusu və yük maşınının toqquşması nəticəsində azı 7 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Yol nəqliyyat hadisəsi zamanı toqquşan hər iki avtomobil yanıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir.