Venesuelanın ən iri “Amuay” neft emalı zavodunda yanğın baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğının miqyası və səbəbləri barədə məlumat verilmir.
Dekabrın 27-də ölkənin Falkon ştatında neft emalı zavodunda yanğın baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri aldığı məlum olub.