Venesuelada polis əməkdaşlarını daşıyan avtobus qəzaya uğrayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Karakasda qeydə alınıb.
Qəza nəticəsində 1 polis əməkdaşı ölüb, 30-dan çoxu xəsarət alıb. Yaralılardan 5-in vəziyyəti ağır kimi qiymətləndirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.