Ötən il ərzində Gürcüstan Azərbaycandan 755 500 ABŞ dolları dəyərində kartof idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, ötən il qonşu ölkənin idxal etdiyi kartofun 31%-i Azərbaycanın payına düşüb. 2019-cu ildə Gürcüstan ümumilikdə 2 439 400 dollar dəyərində kartof idxal edib.
Gürcüstanın ən çox kartof idxal etdiyi digər ölkələr isə Türkiyə (383 300 dollar), Niderland (277 300 dollar), Almaniya (264 700 dollar) və Pakistan (237 000 dollar) olub.
Hesabat dövründə Gürcüstan ümumilikdə 50 346 500 dollar dəyərində şəkər, 12 413 300 dollar dəyərində soğan, 6 741 100 dollar dəyərində düyü idxal edib.