Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 49 000,67 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,6% azdır.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin 11 ayında 21 448,67 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 18,7% azdır.
Cari ilin yanvar-noyabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,16%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,31%-ə bərabər olub.