Bank Of Baku

Azərbaycan yeyinti məhsullarının idxalını 8%-dən çox azaldıb

Azərbaycan yeyinti məhsullarının idxalını 8%-dən çox azaldıb
# 15 aprel 2020 12:18 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 357 391,97 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, cari ilin birinci rübündə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 8,3% azdır.

Ümumiyyətlə, cari ilin ilk üç ayında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 13,6% təşkil edib.

Hesabat dövründə ölkəyə 20 238,49 min dollar dəyərində 11 015,48 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 11,5% artsa da, həcm göstəricisi üzrə isə 15,4% azalıb.

Cari ilin yanvar-mart ayları ərzində ölkəyə 3 398,47 min dollar dəyərində (artım 21%) 2 099,56 ton (azalma 1%) süd idxal olunub.

Ölkəyə həmçinin 19 750,57 min dollar dəyərində 3 957,53 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə həcm olaraq 49,3%, dəyərində isə 46% artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR