2020-ci ildə (20 dekabr tarixinə olan məlumata əsasən) Rusiyadan Azərbaycana 10 mln. ABŞ dolları dəyərində 10 min tona yaxın mayonez ixrac olunub.
“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycana ixrac olunan bu məhsulun dəyəri 4,4% artıb, həcmi isə 4% azalıb.
Ümumilikdə, ötən il Rusiya təxminən 100 min ton mayonez ixrac edib. 2020-ci ildə mayonez və digər sousların ixracı 2019-ci ilə nisbətən 7,4% artaraq 99 min tona çatıb.
Rusiya məhsulunun əsas istehlakçıları MDB ölkələridir. Belə ki, ötən ilin nəticələrinə görə, Rusiya mayonezinin əsas idxalçıları Qazaxıstan, Belarus, Azərbaycan, Gürcüstan və Moldova olub.