Bu ilin yanvar ayı ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən artıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparığı hesabalamalara görə, hesabat dövründə ölkəyə 6 536,77 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 681,27 min dollar və ya 34,6% çoxdur.
Qeyd edək ki, bu ilin ilk ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,83%-nə bərabər olub.