Bank Of Baku

Azərbaycanda kartof istehsalı ötən il 3,3% artıb

Azərbaycanda kartof istehsalı ötən il 3,3% artıb
# 21 yanvar 2021 12:32 (UTC +04:00)

2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 1 037,6 min ton kartof istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 3,3% artıb.

Hesabat dövründə ölkədə 57 hektar sahədə kartof əkilib ki, bu da təxminən 2019-cu ilin göstəricisinə (56,9 hektar) bərabərdir.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 33 766,0 min ABŞ dolları dəyərində 81 343,3 ton kartof ixrac olunub ki, bu da 2019-cu ilin 11 ayının göstəricisini müvafiq olaraq 25,8% və 31,7% üstələyir. Qeyd olunan dövr ərzində ölkəyə 43 555,1 min dolları dəyərində 159,3 min ton kartof idxal olunub. Bu göstərici dəyər baxımından 7%, həcm baxımından isə 8,4% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR