Bu ilin yanvar-mart aylarında Azərbaycandan 4330,90 min dollar dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 43% azalıb.
Cari ilin birinci rübündə qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,10%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,01%-ə bərabər olub.