Dəniz məhsulları uzun illərdir ki, dünyada istehlak olunan əsas məhsula çevrilib. Bu məhsulları ixrac edən ölkələr üçün isə bu, iqtisadi rifahın vacib bir hissəsidir.
"APA-Economics"in "Vesti.ru"ya istinadən verdiyi xəbərə görə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və ÜTT-nin məlumatları əsasında balıq və dəniz məhsullarının əsas ixracatçı ölkələrinin reytinqi hazırlanıb. Reytinq 2019-cu ili əhatə edir.
Balıq və dəniz məhsullarının əsas ixracatçı ölkələri:
|
# |
Ölkə |
İxracın dəyəri, mlrd. $ |
|
1 |
Çin |
12,47 |
|
2 |
Norveç |
11,67 |
|
3 |
Hindistan |
6,14 |
|
4 |
Çili |
5,78 |
|
5 |
Vyetnam |
5,60 |
|
6 |
Kanada |
5,17 |
|
7 |
ABŞ |
4,87 |
|
8 |
Rusiya |
4,66 |
|
9 |
Niderland |
4,64 |
|
10 |
İsveç |
4,38 |