Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın Azərbaycana tütün məmulatlarının ixracı illik müqayisədə 3,9 dəfə və ya 403 ton azalaraq 139 ton təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi tütün məhsullarının ümumi dəyəri 3 522,9 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3 dəfə və ya 7 177,7 min dollar azdır. Belə ki, 2019-cu ilin I rübündə Gürcüstan Azərbaycana 10 700,6 min dollar dəyərində 542 ton tütün məmulatları ixrac edib.